“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) bu gün
mətbuatda və sosial şəbəkələrdəki yayılmış məlumatlara cavab olaraq
ictimaiyyətin nəzərinə çatdırır ki, 5 aprel 2022-ci il tarixində
İçərişəhər ərazisində yerləşən restoranların birində qırılıan lift
barəsindəki məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə idarənin mətbuat xidmətindən AzerTimes-a verilən məlumatda
deyilir.
Bildirilir ki, İçərişəhər ərazində belə bir hadisə baş
verməyib.
Xatırladaq ki, bu gün mediada Kliniki Tibbi Mərkəzin Mətbuat
xidmətinə istinadən İçərişəhərdə yerləşən restoranlardan birində
liftin qırılması nəticəsində iki nəfərin ağır xəsarət alması, hər
iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə
gətirilməsi barədə xəbər yayılıb.