“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni sədr təyin edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Əsgər Ələkbərovun “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən
azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Əsgər Əyyub oğlu Ələkbərov
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Şahin Kamil oğlu
Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
İdarə Heyətinin sədri təyin edilib.

Teqlər: