“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Milli Teatr Günü münasibətilə görüş keçirilib (FOTO)

10 mart – Azərbaycan peşəkar milli teatrının yaranması günü
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeyd
edilib.

İdarədən AzerTimes-a verilən məlumata görə, tədbirdə Qoruğun İdarə
Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet
Teatrının kollektivi ilə görüşüb.

Azərbaycan peşəkar milli teatrının yaranmasının 149-cu
ildönümünə həsr olunmuş səmimi görüşdə Şahin Seyidzadə Milli Teatr
Günü münasibəti ilə Marionet Teatrının simasında bütün tədbir
iştirakçılarını, eləcə də sənət adamlarını səmimi-qəlbdən təbrik
edərək onlara gələcək fəaliyyətlərində peşə uğurları arzulayıb.

Bu gün ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənətinin
qədim və zəngin tarixi yol keçdiyini qeyd edən İdarə sədri teatr
sənətinin hər birimizin həyatında mühüm rol oynayan “mədəni
institut” olduğunu vurğulayıb.

Ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın teatr sahəsinə o cümlədən, Marionet
Teatrına xüsusi diqqət və qayğısını vurğulayan Ş. Seyidzadə milli
dəyərlərə bağlılığı qorumaq və mədəni irsimizi gələcək nəsillərə
ötürmək məqsədilə 2013-cü ildən fəaliyyət göstərən “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində Marionet Teatrının
uğurlarından, əldə etdiyi nailiyyətlərdən, gələcək layihələrindən
danışıb.

Sonda Bakı Marionet Teatrının direktoru Tərlan Qorçuya və
yaradıcı heyətinin üzvlərinə- aktyorlar Hikmət Hüseynova, Nazim
Hüseynova, Həsən Yaqubova, Əli Allahverdiyevə, aktrisa Aysel
Bədəlovaya və Fərizə Babayevaya İdarənin rəhbərliyi adından Fəxri
Fərmanlar və hədiyyələr təqdim olunub.

Teqlər: