İcbari tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac var – Komitə sədri

İcbari tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac
var.

AzerTimes-ın məlumatına görə,
bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov
parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci
ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Milli Məclisdə icbari tibbi sığortanın
tətbiqi ilə bağlı bu il ərzində bir neçə dəfə dinləmlərin
keçirilməsi planlaşdırılır.

Komitə sədri bildirib ki, icbari tibbi sığortanın həyata
keçirilməsi ilə Azərbaycanda ailə həkimi institutu formalaşmağa
başlayıb: “Bununla bağlı məmnunluq da yaranmağa başlayıb. Bütün bu
uğurlara baxmayaraq, icbari tibbi sığorta ilə bağlı bir çox
narahatlıq da var. Yüksək texnologiyalı əməliyyatların keçirilməsi
üçün klinikalarda növbələr yaranır. Hesab edirəm ki, icbari tibbi
sığorta zərfinin genişləndirilməsinə ehtiyac var”.

Teqlər: