İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icbari tibbi sığorta xidmətləri sahəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair yekun qərar qəbul edilib.
Xidmətdən AzerTimes-a verilən məlumata görə, işə baxılması zamanı özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən hərəkətətlərə yol verildiyi müəyyən olunub.
Qərara əsasən, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə icbari tibbi sığorta xidmətləri göstərmək üçün müraciət edən özəl tibb müəssisələrinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması, həmin müəssisələrlə müvafiq müqavilənin bağlanması və antiinhisar qanunvericiliyinin pozulmasına səbəb olan digər halların aradan qaldırılması barədə göstəriş verilib.
Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı artıb.
Qeyd edək ki, hazırda icbari tibbi sığorta üzrə işləyən tibb müəssisələrinin sayı 19-dur.
Həmin tibb müəssisələri aşağıdakılardır:
1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs
2. Mərkəzi Klinik Xəstəxana
3. Caspian International Hospital
4. Respublika Diaqnostika Mərkəzi
5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi
6. Gəncə Beynəlxalq Xəstəxanası
7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
8. Mərkəzi Neftçilər Xəstəxanası
9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
10. EGE Hospital
11. Sumqayıt Hospital
12. Avrasiya Hospital
13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi
14. Leyla Medical Center
15. Badam Medical Center
16. Lor Hospital
17. Məlhəm Beynəlxalq Hospital
18. “OKİ” Özəl Tibbi Müalicəxanası
19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)