Xəbər - Ceyhun Ələkbərov – Trend:
2021-ci ildən İcbari Tibbi Sığorta yığımlarının tətbiqinə başlanıb. 1-ci rübdə daxilolmalar 112,3 milyon manatdan çox olub (nəzərdə tutulandan 25,5 mln. manat artıq).
AzerTimes-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində deyib.
Nazir qeyd edib ki, İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq.