Azərbaycanda artıq bir neçə müddətdir ki, icbari tibbi sığorta
sistemi tətbiq edilir və nəticələrdə müsbət dimanika var.
AzerTimes-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən “Birləşmiş Krallıq
səhiyyədə sizin həmkarınızdır” adlı tədbirdə deyib.
Z.Əliyev bildirib ki, vətəndaşlar bu sistemdən istifadə edirlər.
“Bu sistemin inkişafına əlavə resurslar cəlb edirik”, – deyə
Z.Əliyev bildirib.
O qeyd edib ki, icbari tibbi sığorta üzrə Böyük Britaniyanın
uğurlu bir sistemi var.
“Azərbaycanda icbari tibbi sığorta sistemi qurulanda bir çox
ölkənin təcrübəsindən istifadə edilib. Bu ölkələr sırasında Böyük
Britaniya da olub. Çünki həmin ölkənin səhiyyə sisteminin böyük
tarixi var. Lakin Azərbaycanın reallıqları nəzərə alınaraq fərqli
model seçildi. Nə qədər fərqli olsa da, tək bir amal var və bu da
vətəndaşların tibbi xidmətə əlçatanlığını təmin etmək, eləcə də
universal tibbi təminata nail olmaqdır”, – deyə Z.Əliyev
bildirib.