İcbari tibbi sığorta ilə işləyəcək özəl xəstəxanaların sayı artırılıb (SİYAHI)

Xəbər - Trend

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə
əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı 43-ə
qədər yüksəlib.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində
vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir.

Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan
dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in
tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin
göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə
göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında
müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi
çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

Müqaviləli tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə
nömrələri Agentliyin rəsmi internet səhifəsində
(https://its.gov.az) yerləşdirilib:

1. Bakı Sağlamlıq Mərkəzi

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

9. Mərkəzi Neftçilər Xəstəxanası

10. Zəfəran hospital

11. EGE Hospital

12. Sumqayıt Hospital

13. Avrasiya Hospital

14. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

15. Leyla Medical Center

16. Badam Medical Center

17. Lor Hospital

18. Məlhəm Beynəlxalq Hospital

19. “OKİ” Özəl Tibbi Müalicəxanası

20. Oksigen Klinik Xəstəxanası

21. Diaqnoz Tibb Mərkəzi

22. Baku City Hospital

23. Mediland Hospital

24. Medera Hospital

25. Stimul Hospital

26. Medistyle Hospital

27. Batıgöz Medical Plaza

28. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik
Klinikası

29. İstanbul NS klinikası

30. Olimp Hospital

31. Kəpəz Hospital

32.Salam Doktor

33. Bioloji Təbabət Klinikası

34. Real Hospital

35. Turan Hospital

36. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik

37. Dünyagöz

38. National Prime Hospital

39. Regional Hospital

40. Səhhət Azərbaycan-Almaniya Klinikası

41. Spero Hospital (Dobromed)

42. Milan Hospital

43. Referans Qəbələ Tibb Mərkəzi

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi
olaraq yenilənir.

Teqlər: