Xəbər - Samir Əli – Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinin icmal büdcəyə daxil edilməsi məsələsi müzakirə edilə bilər.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
“Biz bu il bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə nail olmuşuq. Növbəti ildə bu sistemin oturuşmasından sonra müvafiq qərar qəbul edilə bilər. Bu məsələ ilə bağlı tələskənlik olmadan, araşdıraraq müvafiq qərar qəbul etməliyik. Agentliyin xərcləri barədə hər hansı gizli məlumat yoxdur. Bu məlumatlar həm Agentlik, həm də Fond tərəfindən təqdim oluna bilər”, – deyə nazir bildirib.