İcbari tibbi sığorta ilə bağlı müraciətlərin sayı artıb

Xəbər - Humay Ağacanova – Trend:

Pandemiya olmasına baxmayaraq, icbari tibbi sığorta ilə bağlı xəstəxanalara müaricətlərin sayı artıb.

Trend xəbər verir ki, bunu Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov deyib.

O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra 250 min müraciət olub.


“Bunların içərisində ən vacib məqamlardan biri odur ki, 6 min cərrahi prosedur həyata keçirilib, o cümlədən 15 mindən çox vətəndaş təcili yardım xidmətinə müraciət edib”, – deyə o bildirib.

Teqlər: