İcbari tibbi sığorta haqqı ödəməyən şəxslər pulsuz xidmətlərdən yararlana bilər? – AÇIQLAMA

Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən,
eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü
il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

Bu barədə
Trend
-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, icbari tibbi sığorta haqqı ödəməyən şəxslər
icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi
xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə
bilərlər.

Teqlər: