Ukrayna Rusiya ərazisindəki hərbi hədəflərə hücum etmək üçün Qərb istehsalı olan uzaqmənzilli raketlərdən istifadə etməyə başlayıb, bu da onlara müasir müharibəni daha effektiv şəkildə aparmağa kömək edəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.
“Ukrayna ordusu hücumlar zamanı xüsusilə uzaq mənzilli hücum pilotsuz təyyarələri və “Storm Shadow” raketlərindən istifadə edib, Rusiyanın arxa cəbhəsində müxtəlif hərbi hədəflərə zərbələr endirib. Ukrayna Rusiya xəttinin arxasındakı müxtəlif hərbi obyektlərə, o cümlədən hava bazalarına, komanda qərargahlarına və artilleriya anbarlarına zərbələr endirmək üçün PUA-lardan istifadənin effektivliyini artıq sübut edib. Ukrayna arsenalında artıq hava və dəniz pilotsuz aparatları, həmçinin Qərb tərəfindən verilmiş F-16 təyyarələri, HİMARS sistemləri və ATACMS ballistik raketləri yerləşdirilib”, – hesabatda qeyd olunub.
Bildirilir ki, Ukrayna qüvvələrinin Rusiyanın arxa cəhbəsinə hücumu uğurla davam etdirmək və döyüş meydanında taktiki səviyyədən əməliyyat səviyyəsinə qədər zərbələr endirmək üçün müttəfiqlərdən əlavə hərbi yardım, həmçinin yerli innovasiya və istehsala ehtiyacı var.