“İç və Hədiyyə Qazan!” stimullaşdırıcı tirajlı lotereyası ilə Gülüstan yenədə qazandırır!

Qızılı qapaqların altında 2000 AZN-dək pul qazanmaq şansı!

Gülüstan yenə də qazandırır! Novruz Bayramı ərəfəsində TAC MMC-nin aparıcı markalarından biri olan “Gülüstan” limonadlarının qapaqları altında istehlakçılara 2000 manata-dək pul qazanmaq şansı təqdim edilir!

15.03.2021-ci il tarixindən 15.07.2021-ci il tarixinədək “TAC” MMC tərəfindən istehsal edilən 1, 1,5 və 2 litr həcmində olan və plastik qablaşdırmaya (qapağa) sahib olan (xüsusi nişanlanmış qızılı qapaqlarla) Gülüstan” ticarət nişanlı “Düşes”, “Tərxun”, “Feyxoa”, “Şaftalı”, “Albalı”, “Portağal” və “Kola” çeşidli alkoqolsuz içkilərin (limonadların) satışının stimullaşdırılması məqsədilə “Gülüstan, iç və hədiyyə qazan!” tirajlı stimullaşdırıcı lotereya təşkil edilir.

Pərakəndə ticarət yerlərində satılan sözügedən limonadlardan ən azı bir ədədini dəyəri ödənilməklə əldə edən istehlakçı bu stimullaşdırıcı lotereyada iştirak edə bilər. Belə ki, qızılı rəngli qapaqların altındakı promo kodu gulustan.info.az saytında qeydiyatdan keçirərək lotereyaya qoşulmaq olar. Əlavə olaraq Bakcell nömrələrindən promo kodu qısa smslə 5555-ə göndərərək də qeydiyyatdan keçmək mümkündür.

Kampaniya müddətində göndərilən bütün promo kodların müddəti bir ay təşkil edir və hər bir promo kod 1 gündəlik tirajda 100 Meqabayt, 1 həftəlik tirajda 500 manat və 1 aylıq tirajda 1500 manat super uduş qazanmaq şansı verir.

Hər gün 250 iştirakçı Bakcell mobil operatorundan 100 MB qazanmaq şansına sahib olacaq, hər həftədə 1 şəxs – 500 AZN dəyərində orta və hər ay 1 şanslı şəxs – 1.500 AZN dəyərində super prizin sahibi olacaq! Ümumilikdə, 30500 nəfər iştirakçıya 100 MB mükafatı, 17 nəfər iştirakçıya 500 AZN mükafatı, 4 nəfər iştirakçıya 1.500 AZN mükafatı veriləcək.

Kampaniyanın pul mükafat fondu 14.500 AZN təşkil edir – hədiyyələr həm gündəlik, həm həftəlik, həm də aylıq keçirilir.

Qaliblər təsadüfi nömrələr generatoru vasitəsilə müəyyən ediləcək və hər bir qalib iştirakçıya SMS vasitəsilə məlumat veriləcək. Həmçinin qaliblərin siyahısı gulustan.info.az saytında da dərc olunacaq. Lotereya Azərbaycan Respublikası Mərkəzi Bankının №2200064-2021 nömrəli lisenziya ilə həyata keçirilir.

Qeyd edək ki, «TAC» MMC əhalinin keyfiyyətli içməli su və sərinləşdirici içkilər ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətlərdən biri olaraq artıq 24 ildir ki fəaliyyət göstərməkdədir. Bu müddət ərzində «TAC» MMC daxili bazarı “Aquavita” təbii mineral sular, geniş çeşiddə “Gülüstan” limonadları, “Şahdağ” keyfiyyətli içməli sular və sərinləşdirici içkilər, “Jingo” təbii şirətərkibli içkilər, “Nicetea” soyuq çayları ilə təmin etməkdədir.

Kampaniya ilə bağlı ətraflı məlumatları gulustan.info.az saytından, eləcə də (+99499) 347-40-00, (+99412) 346-40-00 nömrələri vasitəsilə əldə edə bilərsiniz.

Daha cox Gülüstan, iç və hədiyyə qazan!

Teqlər: