İbtidai sinif müəllimlərinə pensiya güzəşti nəzərdə tutulmayıb – DSMF

Xəbər - Samir Əli – Trend:

Məktəbəqədər və ibtidai sinif müəllimlərinə pensiya güzəştləri nəzərdə tutulmayıb.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

O bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna mütəmadi olaraq dəyişiklik edilir:

“Sonuncu dəyişikliyə görə qanunda belə bir güzəşt müəyyən edilməyib. Bu məsələ ilə bağlı hansısa bir dəyişikliyin olması məsələsi hələlik gündəmdə deyil”.

Teqlər: