Sabahkı qarşılaşma tam fərqli olacaq.
AzerTimes xəbər verir ki, bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə deyib.
42 yaşlı hücumçu bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib:
“Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi”.
Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.