İbrahiminin ailəsi üsyan etdi: 1 gün artıq cəzanın səbəbi…

İbrahiminin ailəsi üsyan etdi: 1 gün artıq cəzanın səbəbi…

Peyman İbrahimi ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib. Evdədir, bir həftə sonra vəkili qərara etiraz olaraq, yenidən məhkəməyə müraciət edəcək.

Bu sözləri AzerTimes-a mədəni fəal Peyman İbrahiminin bacısı Həcər İbrahimi deyib.

O bildirib ki, P.İbrahimi ilə bağlı verilən qərar onları qane etmir:

“Ümid edirdik ki, Peymanı həbsə atmayacaqlar. Cəza verilsə də, şərti cəza alacaq. Lakin ona “rəhbəri təhqir etmə” maddəsi ilə verilən 15 ay 1 günlük cəza bunu mümkün etmir. Bir gün əlavəsi varsa, mütləq şəkildə cəza evində yatmalıdır. Bu hökmü də ona qəsdən belə veriblər ki, Peyman zindanda yatsın”.

Qeyd edək ki, avqustun 27-də Təbriz Kəşfiyyat İdarəsi tərəfindən həbs edilən və iki aydan çox həbsdə saxlanılan milli fəal Peyman İbrahimi Dinvər oktyabrın 25-də 300 milyon tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Lakin dekabr ayında onun cəzası ilə bağlı hökm verildi. O, “rejim əleyhinə təbliğat” ittihamı ilə 7 ay 16 gün, “rəhbəri təhqir etmək ittihamı” ilə isə 15 ay 1 gün olmaqla, ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib.

Teqlər: