Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs “Evim Yuvan Olsun” kampaniyası çərçivəsində Bodrumdakı 5 mənzilini zəlzələ qurbanlarının istifadəsinə verib.
AzerTimes xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə yazıb.
“Evim Yuvan Olsun” kampaniyasına qoşulun. Mən də 5 mənzilimi zəlzələdən zərər görənlərin ixtiyarına verdim. İmkanınız varsa, siz də edin”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə İ.Tatlısəsin qızı Dilan Çıtak da Bodrumdakı evlərinin qapılarını çarəsiz durumda qalan ailələrə üzünə açmışdı.