İbrahim Rəisi Azərbaycan şəhərinə gəldi

İbrahim Rəisi Azərbaycan şəhərinə gəldi

İyunun 8-i səhər saatlarında İran prezidenti İbrahim Rəisi Təbriz hava limanına enib.

AzerTimes xəbər verir ki, İran Prezidentini hökumət nümayəndə heyətinin bir neçə üzvü müşayiət edib.

Rəisini Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xürrəm və Xameneinin əyalətdəki nümayəndəsi Seyid Məhəmmədəli Al Haşim qarşılayıb.

O, səfər çərçivəsində azərbaycanlı iş adamları ilə görüşəcək. Eyni zamanda, uzun illərdir yarımçıq qalan çoxsaylı layihələrin bir neçəsinin açılışında iştirak edəcəyi planlaşdırılıb.

Qeyd edək ki, bu, prezident seçildikdən sonra Rəisinin Təbrizə ikinci gəlişidir.

Teqlər: