İBM Rusiyadakı bütün əməliyyatlarını dayandırdı

İBM Rusiyadakı bütün əməliyyatlarını dayandırdı

ABŞ-ın aparat və proqram təminatı istehsalı ilə məşğul olan İBM şirkəti Rusiydakı bütün əməliyyatlarını dayandırdığını elan edib.

AzerTimes xəbər verir ki, bunu şirkətin baş direktoru Arvinda Krişna deyib.

“İBM-in bütün dünyadakı əməkdaşları Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə yardım etməlidirlər. Ukraynada biz yerli komandalarımızla daim əlaqə saxlayır, yardım göstərməyə davam edirik”.

Teqlər: