IATA ölkələri səyahət qaydalarını yumşaltmağa çağırır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ölkələri səyahət qaydalarını yumşaltmağa çağırıb.

AzerTimes-ın məlumatına görə, IATA-nın baş direktoru Uilli Uolş deyib ki, dünyada vaksinlərin paylanması prosesi qeyri-bərabər aparılır və sərhədlərin açılması sırf vaksinasiyadan asılı olmamalıdır.

Onun sözlərinə görə, qısa və ortamüddətli perspektivdə ölkələr səyahət qaydalarını yumşaltmalı və insanlara səhayət etmək imkanı verməlidir.

Baş direktor hesab edir ki, PSR testləri ilə bağlı xərcləri hökumətlər öz üzərinə götürməlidir:

“İndi biz hökumətlərin və aviaşirkətlərin “IATA Travel Pass” layihəsinə qoşulması üzərində işləyirik. Bu layihə hava limanı işçilərini kağız işlərindən azad edəcək və növbələrin qarşısını alacaq. Bu gün hər bir sərnişin və onların test nəticələri əməkdaşlar tərəfindən yoxlanılır. Bu tətbiq yoxlama prosesini aradan qaldırmağa imkan verəcək”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: