IAP layihəsi üzrə təmaslar davam edir – Xorvatiya İqtisadiyyat Nazirliyi

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

İon-Adriatik qaz kəməri (IAP) layihəsi üzrə təmaslar davam edir.

Bu barədə AzerTimes-a Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, IAP Xorvatiya, eləcə də Avropa İttifaqı üçün vacib layihədir:

“Xorvatiyanın qaz-nəqliyyat sisteminin operatoru olan “Plinacro” şirkəti IAP-ın reallaşdırılmasında fəal iştirak edir və Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan həmkarları ilə təmasları dəstəkləyir”.


Qeyd edək ki, IAP layihəsi başa çatdıqdan sonra Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

Uzunluğu 516 kilometr olan boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçərək Xorvatiyada başa çatacaq. Boru kəmərinin buraxılış gücü ildə 5 milyard kubmetr qaz təşkil edəcək.

Teqlər: