İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul
edilməsi qaydası hazırlanacaq.
AzerTimes xəbər verir ki, bu,
Prezident İlham Əliyevin “Dini etiqad azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun
tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti ianə edilmiş pul vəsaitlərinin
dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını iki ay müddətində
təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat verməlidir.