I və IV qruplar üzrə ən yüksək bal toplayanlar

I və IV qruplar üzrə ən yüksək bal toplayanlar

Bu gün elan olunan nəticələrə görə, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər – Bakı şəhərindəki 53, 111 və 258 saylı orta məktəblərin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) və Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbin, Qəbələ şəhər 1 saylı orta məktəbin, İsmayıllı şəhər 5 saylı orta məktəbin, Biləsuvar şəhər internat orta məktəbinin məzunları göstəriblər.

AzerTimes xəbər verir ki, imtahanın II mərhələsində 400 bal toplayan Bakı şəhər 111 saylı orta məktəbin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 295 bal toplamışdı. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 baldır.

IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə də ən yüksək nəticə həmin məzuna məxsusdur. O, imtahanın birinci mərhələsində maksimal olan 300 bal toplamışdı. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 697 baldır.

Teqlər: