İyulun 5-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrə start verilib. Müsabiqələr 15 iyul tarixinədək davam edəcək.
Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, övladının müsabiqə nəticəsindən narazı olan valideynlərin apellyasiya müraciətlərini təqdim etmələri üçün Təhsil Nazirliyi tərəfindən [email protected] elektron poçt ünvanı yaradılıb.
Valideynlər iyulun 8-dən 16-dək [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.