I sinfə qəbul üzrə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir

2021-2022-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci
siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar Alternativ qeydiyyat
mərkəzləri fəaliyyət göstərir.

Bu barədə AzerTimes-a Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) məlumat
verilib.

Belə ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron
qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı
olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən
yaxın Alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.
“Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 136, 156, 234,
Xətai rayonu üzrə 17, 165, Nizami rayonu üzrə 145, 129, Nərimanov
rayonu üzrə 82, Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu
üzrə 19, Suraxanı rayonu üzrə 76, 84, 279, Qaradağ rayonu üzrə 110,
180, 195, 228, 274, 288, Sabunçu rayonu üzrə 74, 128, 130, Səbail
rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, Pirallahı rayonu üzrə isə
235 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Valideynlər Alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən
övladlarını özləri ilə aparmasına ehtiyac yoxdur.

Belə ki, Alternativ qeydiyyat mərkəzləri ənənəvi olmaqla yanaşı,
həm də onlayn qaydada (“WhatsApp” nömrələr vasitəsilə) təşkil
olunur. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən
valideynlərə “WhatsApp” (051-543-15-77, 051-563-15-77,
051-546-15-77) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş
işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.

Vətəndaşlar Alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V
günləri saat 10:00-dan 16:00-a qədər müraciət edə bilərlər”, –
məlumatda qeyd edilib.

Teqlər: