Cənubi Koreyanın “Hyundai Motor Group” avtomobil şirkəti ABŞ-a
daha 5 milyard dollar sərmayə qoyacaq.
Trend xəbər
verir ki, bu barədə şirkətin rəhbəri Çon Iy Son ABŞ prezidenti Co
Baydenlə görüşü zamanı bildirib.
“Mən şirkətimizin gələcəyi ilə bağlı əlavə investisiyalara
diqqət çəkmək istəyirəm. “Hyundai Motor Group” 2025-ci ilə qədər
ABŞ-a əlavə 5 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu
investisiyalar robototexnika, süni intellekt və sürücüsüz nəqliyyat
vasitələrinin yaradılması kimi sahələrdə Cənubi Koreya
korporasiyasının Amerika müəssisələri ilə əməkdaşlığını
gücləndirəcək”, – o, bildirib.
Şənbə günü şirkət Corciya ştatında 5,5 milyard dollar dəyərində
elektrik avtomobili və akkumulyator istehsalı müəssisəsinin
tikiləcəyini elan edib. Zavodda kommersiya istehsalına başlanması
2025-ci ilə planlaşdırılır.