Yəməndəki husi üsyançılarının silah arsenalının təxminən dörddə biri məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” Pentaqon nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, husilərin ticarət gəmilərinə hücumlarına cavab olaraq ABŞ-ın başçılıq etdiyi qüvvələr Yəməndə husilərə zərbələr endirməkdədir.