Husilər Təl-Əvivə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
AzerTimes xəbər verir ki, bu barədə husilərin Yəhya Səriya məlumat verib.
Onun sözlərinə görə, hücum hipersəs ballistik raketdən istifadə edilməklə həyata keçirilib.
“Yəmən ordusunun rket qüvvələri hərbi əməliyyat keçirərək işğal Yaffa bölgəsində (Təl-Əvivin rayonu – red.) İsrailin hərbi obyektinə hücum edib. Əməliyyat yeni hipersəsli ballistik raketin köməyi ilə həyata keçirilib. Düşmənin müdafiə sistemləri onun qarşısını ala bilməyib”, – məlumatda qeyd olunub.