Husilər Səudiyyə Ərəbistanının “Aramco” şirkətinin neft anbarına raket zərbəsi endirib

Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə raket
zərbələri endirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hücuma “Aramco”
neft şirkətinin Ciddədəki neft məhsulları paylama stansiyası məruz
qalıb. Nəticədə iki anbarda yanğın baş verib.

Koalisiyanın dövlət mediasına verdiyi açıqlamada yanğının
nəzarət altına alındığı bildirilib.