Husilər Qırmızı dəniz akvatoriyasında Britaniyanın “Pollux” neft tankerini hədəf alıb.
AzerTimes xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb.
“Bu əməliyyatda Britaniyanın neft tankerinə bir neçə raket atılıb və raketlər birbaşa hədəfə dəyib”, – o bildirib.
ABŞ Dövlət Departamenti də Hindistana gedən xam neft daşıyan Panama bayraqlı “Pollux” tankerinin raket hücumuna məruz qaldığını təsdiq edib.
Hələlik itki və tələfat barədə məlumat verilməyib.