Husilər İsrailə xəbərdarlıq etdi: Döyüşlər davam etsə…

Husilər İsrailə xəbərdarlıq etdi: Döyüşlər davam etsə…

İsrail atəşkəs razılaşması qüvvəyə minənə qədər Qəzzada döyüşləri davam etdirərsə, husilər hücumlarını dayandırmayacaqlar.

AzerTimes xəbər verir ki, bu barədə Yəməndəki üsyançı Husi hərəkatının (Ənsərullah) bəyanatında deyilir.

Həmçinin bildirilib ki, İsrail atəşkəs razılaşmasından geri çəkiləcəyi təqdirdə də hücumlar səngiməyəcək.

Qeyd edək ki, İsrail və HƏMAS arasında ötən gün razılaşdırılan atışkəs razılaşması bu gün imzalanıb.

Teqlər: