ABŞ ordusu husilərin ilk dəfə sualtı pilotsuz aparatdan istifadə etdiyini aşkar edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
Komandanlığın məlumatına görə, ABŞ ordusu husilərə məxsus bir pilotsuz sualtı, həmçinin bir pilotsuz suüstü gəmiyə beş zərbə endirib.
“Bu, husilərin oktyabrın 23-də hücumlar başlayandan bəri sualtı pilotsuz aparatdan istifadəsi ilə bağlı müşahidə edilən ilk hadisədir”, – deyə məlumatda bildirilib.