Yəmənin Ənsarullah hərəkatı Ədən körfəzində üzən “Groton” gəmisinə ballistik raketlərlə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya deyib.
“Yəmənin hərbi dəniz və raket qüvvələri birgə əməliyyat keçirərək, Ədən körfəzində “Groton” gəmisinə çoxsaylı ballistik raketlərlə hücum edib”,- o bildirib.
Onun sözlərinə görə, “Groton” konteyner gəmisi onun sahibinin “işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğu” üçün vurulub.