ABŞ-ın bizə qarşı hücumlarını dəstəkləməyin.
AzerTimes xəbər verir ki, bunu Husi liderlərindən biri olan Məhəmməd Əli əl-Husi “Əl-Məsirə”telekanalına müsahibəsində deyib.
O, Səudiyyə Ərəbistanına ABŞ-ın bu qruplaşmaya qarşı hücumlarını dəstəkləməməsi, əks halda bu qruplaşmanın hücumuna məruz qalacağı barədə xəbərdarlıq edib:
“Biz Səudiyyə Ərəbistanına mesaj göndərmişik ki, əgər Amerika qırıcılarına öz ərazilərindən və ya hava məkanından Yəmənə hücum etmək üçün istifadə etməyə icazə verərsə, bu ölkə hədəf alınacaq”.