Husilər Ədən körfəzi yaxınlığında ABŞ-ın “Kim Reyncer” gəmisini vurub.
AzerTimes xəbər verir ki, bu barədə Husi hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.
“Şübhəsiz ki, ABŞ və Briyanitanın əməliyyatı davam edəcək. Lakin bu ölkələrin Yəmənə qarşı hər hansı yeni hücumu cavabsız və nəticələrsiz qalmayacaq”, – o bildirib.
Qeyd edək ki, sözgedən hücum Yəmən ordusunun 24 saatdan az müddətdə Ədən körfəzində Amerika gəmilərinə ikinci hücumudur.