İranyönlü Ənsarullah silahlı qruplaşması BMT agentliklərində işləyən azı 9 nəfəri saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Saxlanılanlar arasında BMT-nin İnsan haqları ofisinin və BMT-nin xüsusi nümayəndəsinin ofisinin əməkdaşları, Dünya Ərzaq Proqramının işçiləri var.
Husilərin bu cür hərəkətlərinin səbəbləri barədə məlumat verilmir.