Husilər beynəlxalq internet kabellərini zədələdi

Husilər beynəlxalq internet kabellərini zədələdi

14:40

Yəməndəki husi qiyamçıları Qırmızı dənizdə Asiya, Avropa və Afrikanı birləşdirən beynəlxalq sualtı kabel şəbəkəsini zədələyib.

AzerTimes xəbər verir ki, bu barədə “Globe” nəşri yazıb.

Məlumata görə, husilərin hücumu nəticəsində Səudiyyə Ərəbistanı ilə Cibuti arasında yerləşən 4 kommunikasiya kabeli ciddi zədə alıb. Nəticədə Fars körfəzi ölkələri və Hindistanda internetin işində fasilələr yaranıb. Digər kabellər normal işlədiyi üçün dəymiş ziyan kritik hesab olunmayıb.

Zədələnmiş xətlərin bərpası isə minimum iki ay çəkəcək.

Teqlər: