Husi dəniz qüvvələri Ədən körfəzində ABŞ-ın “Torm Thor” neft tankerini bir neçə gəmi əleyhinə raketlə vurub.
AzerTimes xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb.
Onun sözlərinə görə, husilər həmçinin Qırmızı dənizdə bir neçə ABŞ hərbi gəmisinə çoxsaylı PUA-larla hücum ediblər.