Yəmənin Ənsarullah hərəkatından olan husi üsyançıları Ədən körfəzi və Bab əl-Məndab boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyat keçirdiklərini elan ediblər.
AzerTimes xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya Telegram kanalında yazıb.
“Bu gün Ədən körfəzi və Bab əl-Məndab boğazında ABŞ-ın bir neçə esminesi və hərbi gəmisi ilə toqquşma baş verib. Bu gəmilər ABŞ-ın iki ticarət gəmisini mühafizə edirdi. Əməliyyat nəticəsində ABŞ hərbi gəmisi vurulub. Ticarət gəmiləri geri çəkilməyə və qayıtmağa məcbur oldu”, – deyə bildirilib.