

Husilər Qırmızı dənizdə “USS Harry Truman” aviadaşıyıcısına və onu müşayiət edən gəmilərə növbəti dəfə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.
“ABŞ-ın ölkəmizə qarşı təcavüzünə cavab olaraq Yəmənin hərbi-dəniz, raket və PUA qüvvələri düşmənin Qırmızı dənizdə “Harry Truman” aviadaşıyıcısı və hərbi gəmilərinə bir neçə qanadlı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib”, – Səriya bildirib.