Husilər 13 “gey” haqda edam hökmü çıxardı

Husilər 13 “gey” haqda edam hökmü çıxardı

Yəməndə Husi məhkəməsi eynicinsli münasibətlərdə ittiham olunan 13 nəfər haqda edam hökmü çıxarıb.

AzerTimes xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, husilərin nəzarətindəki İbb əyalətində keçirilən məhkəmədə homoseksual münasibət, nalayiq davranış, azğınlığa çağırış və əxlaqsız görüntülərin yayılması kimi bir sıra ittihamlarla 16 nəfər mühakimə edilib.

Məhkəmənin hökmünə görə, 3 nəfər azadlıqdan məhrum edilib, qalanlar haqqında isə edam hökmü çıxarılıb.

Teqlər: