Husi hücumundan qorunmaq üçün unikal üsul tapdılar

Husi hücumundan qorunmaq üçün unikal üsul tapdılar

Qırmızı dənizdə hərəkət edən gəmilərin ekipaj heyətləri husi hücumlarından yayınmaq üçün unikal üsul tapıblar.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Bildirilir ki, ekipaj heyət üzvlərinin çinlilərdən ibarət olması barədə siqnal ötürür və beləliklə, hücumdan yayınır.

“Qırmızı dənizdən üzən ən azı 5 gəmi bu üsulla – Çinlə bağlantılarının olduğunu bildirərək hücumlardan yayınıb. Bu, Qırmızı dənizdə husi yaraqlılarının hücumlarından qaçmaq üçün atılan son qeyri-adi addımdır”, – deyə qeyd edilib.

Xatırladaq ki, İsrailin Qəzzada hərbi əməliyyata başlamasından sonra Yəməndəki husi üsyançıları qisas məqsədilə Qırmızı dənizdə müxtəlif təyinatlı gəmilərə hücumlar etməyə başlayıb.

Teqlər: