“Hüseyniyyun” SEPAH-ın hücumlarına dəstək verdi

“Hüseyniyyun” SEPAH-ın hücumlarına dəstək verdi

Azərbaycanda axtarışda olan və İrana sığınan “Hüseyniyyun” qruplaşmasının üzvləri bəyanat yayaraq, SEPAH-ın qonşu ölkələrə raket hücumlarına dəstək veriblər.

AzerTimes xəbər verir ki, bu barədə SEPAH-a yaxın media məlumat yayıb.

Qruplaşma raket və PUA hücumlarını dəstəkləyib, bunu ötən ilin dekabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra başlayan yeni mərhələ adlandırıb.

Bəyanatda “sionizmin tezliklə yer üzündən silinəcəyi və Qüdsün azad ediləcəyi” qeyd edilib.

Qeyd edək ki, SEPAH-ın İraqın şimalı və Pakistanla sərhəddə yerləşən bölgələrə endirdiyi raket zərbələri nəticəsində 3-ü azyaşlı olmaqla, 7 nəfər ölüb.

Teqlər: