Hüseyn Həsənovun 4 bank hesabı bloklandı – Səbəb

Hüseyn Həsənovun 4 bank hesabı bloklandı – Səbəb

Azərbaycanlı bloger Hüseyn Həsənov vergi ilə bağlı proseslərə cəlb oluna bilər.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Blogerin Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Hazırda onun özü başqa dövlətin ərazisindədir.

Vergi orqanları Həsənovun dörd bankdakı hesablarını bloklayıb.

“Bizim məlumatlara görə, hesabların bloklanmasına səbəb ödəniş edilməməsi və vergi pozuntusudur”, – məlumatda bildirilib.

Bundan əvvəl Ə.Həsənovun payının olduğu şirkət başqa qurumdan iddia alıb. Yapon mətbəxini hazırlayan “Banda Foods” MMC yeməklərin çatdırılması üçün “Delivery 24” MMC-nin xidmətlərindən istifadə etsə də, bir neçə ay sonra birinci şirkət bağlanıb. İndi “Delivery 24” MMC keçmiş tərəfdaşından 645 min rubl tələb edir.

Blogerin təşkilatı çoxsaylı borca ​​görə hesablarını bloklayıb.

Qeyd edək ki, bir müddət əvvəl Hüseyn Həsənov qıza hədiyyə etdiyi qızılgül dolu avtomobilə görə qalmaqala düşüb.

Teqlər: