Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması normativ hüquqi bazanın möhkəmləndirilməsi üçün mühüm addımdır

Azərbaycanda struktur islahatları hər zaman Prezident İlham
Əliyevin diqqət mərkəzində olub. İdarəetmənin təkmilləşdirilməsi,
çevikliyin və səmərəliliyin artırılması məqsədilə zamanın tələbinə
uyğun olaraq ölkəmizdə struktur islahatları həyata keçirilir. Bu
günə qədər həyata keçirilən struktur islahatları öz müsbət
nəticələrini verib və islahatların effektivliyini göstərib.

Məlum olduğu kimi, həyata keşirilən islahatların tərkib hissəsi
olaraq mayın 19-da Prezident İlham Əliyev Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin
təmin edilməsi haqqında Fərman imzalayıb.

Mərkəzin yaradılmasında ölkəmizdə hüquqi bazanın
möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi hədəflənir. Belə ki,
“Hüquq Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik
hüquqi şəxslə bağlı Mərkəzin yaradılmasında əsas məqsəd
aşağıdakılardır:

– hüquq sahəsində aparılan islahatlara dəstək göstərmək;

– normativ hüquqi aktların layihələrinin hazırlanması və hüquqi
ekspertizasının aparılması sahəsində dövlət orqanlarına
(qurumlarına) xidmətlər göstərmək;

– normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, o
cümlədən bu sahədə və hüquq normalarının tətbiqi sahəsində dövlət
orqanları (qurumları) əməkdaşlarının bilik, bacarıq və
səriştələrinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirmək;

– hüquq sahəsində qabaqcıl beynəlxalq təcrübəni təhlil etmək və
qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi və inkişaf
etdirilməsi istiqamətində təkliflər hazırlamaq;

– hazırlanacaq və qüvvədə olan normativ hüquqi aktların
qanunvericiliyin təsirinin qiymətlənsirilməsinin aparılmasında
iştirak etmək;

– normayaratma sahəsində maarifləndirmə işinin təşkilində
iştirak etmək, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti
barədə ictimaiyyəti məlumatlandırmaq, ictimai rəyi öyrənmək,
müvafiq hüquqi aktların layihələrinə dair ictimai müzakirələr
təşkil etmək.

Bundan başqa Mərkəzin fəaliyyətinin elmi təminatı, o cümlədən
hüququn ayrı-ayrı sahələrinin müqayisəli hüquqi tədqiqi,
məcəllələrə və digər normativ hüquqi aktlara elmi və praktiki
şərhlərin hazırlanması məqsədilə Azərbaycan Milli Elmlər
Akademiyasının strukturuna daxil olan Hüquq və insan haqları
İnstitutunun yeni yaradılan Mərkəzin tabeliyinə verilməklə yenidən
təşkili nəzərdə tutulur. Adıçəkilən İnstitut tərəfindən hüquqi
tənzimləmədə innovativ həllərin araşdırılması, hüququn ayrı-ayrı
sahələrinin təhlili, hüququn potensial inkişaf sahələrinin müəyən
edilməsi və həmin sahələr üzrə tənzimetmə modellərinə dair
təkliflər verilməsi gözlənilir.

Eyni zamanda insan hüququ və azadlıqlarının təminatı sahəsində
fəaliyyətin daha da səmərəli təşkili məqsədilə İnstitut tərəfindən
Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin, o cümlədən
Azərbaycan Respublikası ilə bağlı qərarlarının təhlil edilməsi və
müvafiq təkliflərin verilməsi nəzərdə tutulur.

Bundan başqa Mərkəz tərəfindən məhkəmə-hüquq islahatları
istiqamətində aparılan işlərdə iştirak edilməsi, bu sahədə
islahatların daha da dərinləşdirilməsi üçün təkliflərin verilməsi
nəzərdə tutulur.

Daha sonra həm elmi, həm təcrübi məqsədlər üçün hüquqi
aktlardan, elmi-hüquqi materiallardan ibarət çoxfunksiyalı axtarış
imkanını nəzərdə tutan elektron informasiya sisteminin yaradılması
və həmin sistemin dövlət orqanlarına (qurumlarına), yerli
özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə nəzərdə
tutulur.

Mərkəzin idarəetmə orqanları 5 üzvdən ibarət olan Müşahidə
Şurası və İcraçı direktordur.

Göründüyü kimi Mərkəzin yaradılması ilə qarşıya çox mühüm
vəzifələr qoyulur və ölkəmizdə normativ hüquqi bazanın
təkmilləşdirilməsi və inkişaf etdirilməsi baxımından bu Mərkəzin
yaradılması çox mühüm addımdır.

Teqlər: