Qazaxıstanda hüquq-mühafizə sistemininin islahatlarında təcili düzəlişlər etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlamentin iclasında deyib.
O bəyan edib ki, Silahlı Qüvvələr, hüquq-mühafizə strukturları, milli təhlükəsizlik, xarici kəşfiyyat orqanları vətəndaşların, konstitusion nizamın, ölkə suverenliyinin istənilən təhdidlər qarşısında müdafiəsi üçün birgə fəaliyyət göstərməlidir.
Eyni zamanda, K.Tokayev Qazaxıstan Daxili İşlər Nazirliynin xüsusi təyinatlı bölmələrinin və Milli qvardiyanın say tərkibini, döyüş hazırlığını artırmağı, təchizat səviyyəsini yüksəltməyi, eləcə də güc strukturlarının əməkdaşlarının əməkhaqlarını artırmağı təklif edib.
Bundan başqa, o, 5 il müddətinə hökumət üzvlərinin, deputatların, şəhər rəhbərlərinin əməkhaqlarının artırılmasına moratorium tətbiq olunmasını irəli sürüb.