Hüquq müdafiəçilərinin polis təzyiqinə məruz qalması barədə yayılan məlumatlar əsassızdır – Ehsan Zahidov

Xəbər - Samir Əli – Trend:

Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbərin Nəriman Rayon
Polis İdarəsinin ərazisində polislər tərəfindən şiddətə məruz
qaldıqları barədə iddia əsassızdır.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov
AzerTimes-ın sorğusuna
cavab olaraq yayılan məlumatların əsassız olduğunu deyib.

“Onlar Nəriman Rayon Polis İdarəsinin ərazisində çəkiliş
ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada
heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət
Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.
Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz
siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər”,-deyə E.
Zahidov bildirib.

Teqlər: