“Hunday” Rusiyadakı zavodlarını bu ölkəyə satır

“Hunday” Rusiyadakı zavodlarını bu ölkəyə satır

“Hunday” Rusiyadakı zavodlarını Qazaxıstandan olan şirkətə sataraq Rusiya bazarını tərk etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə MBC telekanalı məlumat yayıb.

Məlumata görə, Cənubi Koreyanın avtomobil istehsalçısı hazırda Rusiya hakimiyyətinin qərarını gözləyir.

Müqavilənin şərtlərinə əsasən, şirkət istənilən vaxt aktivləri geri ala bilər. Şirkət satışla bağlı danışıqların getdiyini təsdiqləsə də, hələlik qərar verilməyib.

Teqlər: