Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın bəyanatı qəbul edilib

Bakıda keçirilən Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf
Məqsədləri üzrə beynəlxalq konfransın bəyanatı qəbul edilib.

AzerTimes-ın məlumatına görə, bəyanatda konfransın əhəmiyyəti qeyd
edilərək bildirilir ki, konfransın əsas məqsədi insan həyatı üçün
mina təhlükəsinin aradan qaldırılmasında humanitar mina
fəaliyyətinin vacibliyini müzakirə etmək üçün mina təmizlənməsi
sahəsində beynəlxalq ictimaiyyətin əsas aktorlarını, dövlət
qurumlarını və vətəndaş cəmiyyətini bir araya gətirmək idi.

Konfrans dayanıqlı sülh və sosial-iqtisadi inkişaf üçün
humanitar mina fəaliyyətinin potensialı ilə 2030 Dayanıqlı İnkişaf
Gündəliyi arasında əlaqələri müəyyən etmək üzərində cəmləndi.

Əməkdaşlığı möhkəmləndirmək və bundan sonra birgə fəaliyyəti
genişləndirmək imkanlarını araşdırmaq məqsədilə konfransın yekun
rəyləri və tövsiyələri iştirakçılara çatrıdılacaq.

Teqlər: