Hulusi Akar Ukraynada atəşkəsə çağırıb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın
müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə
Nazirliyi yayıb.

Qeyd olunur ki, nazirlər Ukraynadakı vəziyyət, xüsusən də
atəşkəs, sabitliyin bərqərar olunması və humanitar yardımla bağlı
fikir mübadiləsi aparıblar.

Hulusi Akar təhlükəsiz evakuasiyanın təmin edilməsi və humanitar
vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən müddətə də olsa atəşkəsə
ehtiyac olduğunu vurğulayıb.

Nazir təxliyəsi mümkün olmayan və təxliyyəsi davam edən Türkiyə
vətəndaşlarının təhlükəsizliyi ilə bağlı gözləntilərini dilə
gətirib.

H. Akar vurğulayıb ki, Türkiyə, əvvəllər olduğu kimi, Ukraynaya
humanitar yardımın çatdırılmasına, sülh və əmin-amanlığın bərqərar
olmasına öz töhfəsini verməyə hazırdır.

Teqlər: